Rusiya Ukraynanı raketlə vurdu: Xeyli yaralı var

Rusiya Ukraynanı raketlə vurdu: Xeyli yaralı var
DÜNYA
12:18 01.05.2023
217
Rusiya Ukraynanın Dnepropetrovsk vilayətindəki yaşayış məntəqəsinə raket zərbəsi endirib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 34 nəfər yaralanıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Dnepropetrovsk vilayətinin Pavlohrad şəhərindəki mülki yaşayış məntəqəsinin Rusiya raketinin hədəfi olduğunu açıqlayıb. Geraşenko 5-i uşaq olmaqla 34 nəfərin yaralandığını bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Ukrayna ərazisində havada 18 raketdən 15-ni məhv etdiyini açıqlayıb. 

Qeyd edək ki, son bir həftədə Rusiyanın Ukraynaya raket və raket hücumları artıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR