Rusiya Ukraynanı təhdid etdi - SƏBƏB

Rusiya Ukraynanı təhdid etdi - SƏBƏB
DÜNYA
13:44 09.08.2022
273
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynada "Bayraktar” pilosuz uçuş aparatlarını istehsal edəcək zavodun yaradılacağına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, Kremlin rəsmisi deyib:

"Əgər Ukraynada "Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”.

Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada "Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.
OXŞAR XƏBƏRLƏR