Rusiya Ukraynanın 4 şəhərinə raket zərbəsi endirdi

Rusiya Ukraynanın 4 şəhərinə raket zərbəsi endirdi
DÜNYA
14:29 23.01.2024
147
Ukraynanın paytaxtı Kiyev və Xarkov, Pavlohrad və Balakleya şəhərləri raket hücumlarına məruz qalıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusu tərəfindən səhər saatlarında Ukraynanın paytaxtı Kiyev və Xarkov, Pavlohrad və Balakleya şəhərlərinə raket hücumu həyata keçirilib. 

Kiyev meri Vitali Kliçko bildirib ki, paytaxtda partlayışlar baş verib və azı 9 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin kritik olduğunu bildirən Kliçko partlamamış raket səbəbiylə bir evin boşaldıldığını açıqlayıb.

Xarkov meri Oleq Sinegubov raket hücumu nəticəsində 3 nəfərin öldüyünü, biri uşaq olmaqla 28 nəfərin yaralandığını açıqlayıb. 

Ayşən
OXŞAR XƏBƏRLƏR