Rusiya Ukraynanın bu şəhərlərini atəşə tutdu

Rusiya Ukraynanın bu şəhərlərini atəşə tutdu
DÜNYA
22:40 28.08.2022
354
Bazar günü, avqustun 28-də Xarkovda silsilə partlayışlar baş verib.

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı Xarkov Vilayət Şurasının rəhbərinin müşaviri Nataliya Popova yayıb.

"Xarkova zərbələr endirildi. Ola bilsin ki, şəhərin mərkəzinə düşüb. Hamı gizlənir”, deyə o, Telegram-da yazıb.

Həmçinin avqustun 28-i axşam Rovno vilayətində bir neçə partlayış baş verib.

Yerli media hadisə şahidlərinə istinadən yazır ki, bölgənin şimalında partlayış səsləri eşidilib. Telegram kanalları yazır ki, azı iki güclü partlayış olub. Sarnı şəhərində isə dəmiryol stansiyasına mərmi düşüb.

Partlayışlar Nikolaevdə də qeydə alınıb. Vilayətdə hava həyəcanı verilib. Partlayışların səbəbləri ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR