Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynanın iki şəhərində sükut elan edib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
"Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin çıxması üçün bu gün, martın 5-də saat 10-dan sükut rejimi elan olunur və humanitar dəhliz açılır”, - deyə nazirlik qeyd edib.
Məlumata görə, humanitar dəhliz və marşrut Ukrayna tərəfi ilə razılaşdırılıb.