Ukraynaya məxsus PUA Moskva vilayətinin Podolsk şəhəri yaxınlığında məhv edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya hücum cəhdinin qarşısı alındığını bildirib.
Nazirlikdən verilən açıqlamada "Yerli vaxtla saat 07:30-da Kiyev rejiminin pilotsuz uçuş aparatlarından istifadə edərək terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - deyə bildirilib.
Açıqlamada hava hücumundan müdafiə sistemlərinin hücumu dayandırdığı, Ukraynaya məxsus PUA-nın Moskva vilayətinin Podolsk şəhəri yaxınlığında məhv edildiyi bildirilib.
Gülay