Rusiya Ukrayna tərəfinə həlak olmuş 1 212 ukraynalı hərbçinin meyitini qaytarıb.
Bu barədə Ukrayna Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Onların arasında Kursk, Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində döyüşən hərbçilər var.
Həlak olanların şəxsiyyətlərinin müəyyən edilməsi üçün hərbçilərin meyitləri əvvəlcə hüquq-mühafizə orqanlarının və məhkəmə-tibbi ekspertizanın nümayəndələrinə təhvil veriləcək.
///report