Rusiya Ukraynaya 261 meyit verdi

Rusiya Ukraynaya 261 meyit verdi
DÜNYA
14:05 13.08.2026
158
Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçirib. Rusiya tərəfi Ukraynaya 261, Ukrayna isə Rusiyaya 24 meyit təhvil verib.

Bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev məlumat verib.

Bildirilib ki, bundan əvvəl tərəflər iyulun 16-da meyit mübadiləsi aparmışdı. Həmin mübadilə zamanı Rusiyaya 31, Ukraynaya isə 501 hərbçinin meyiti təhvil verilmişdi.
 

OXŞAR XƏBƏRLƏR