Volodimir Zelenski Kiyevə hücumda Rusiyanın dəstək aldığı ölkənin adını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Krım körpüsünə hücumdan sonra bu gün Ukraynanın paytaxtı Kiyev Rusiya tərəfindən bombalanıb. Hücumdan sonra kameralar qarşısına keçən Ukrayna lideri Zelenski diqqətçəkən açıqlamalar verib.
Hücumun ilk hədəfinin enerji infrastrukturu olduğunu bildirən Zelenski "Rusiya şəhərimizə hücumlarında İran istehsalı olan İHA-lardan istifadə edir. Bu savaşda onlara İran dəstək olur”, - deyə açıqlamasında bildirib.
Zelenski deyib ki, ruslar Ukraynanın enerji infrastrukturunu və insanlarını hədəfə alaraq çaxnaşma və xaos yaratmaq istəyirlər. Zelenski bu savaşda Rusiyanın iki məqsədi olduğunu açıqlayıb:
"Onların iki məqsədi var. Birincisi, bütün ölkədə enerji obyektlərini darmadağın etmək. İkinci hədəfləri isə insanlardır”.
Ayşən