Rusiya Ukraynaya 32 "Şahed" model PUA və raketlə hücum edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı açıqlayıb.
Açıqlamada bildirilib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin döyüş əməliyyatları nəticəsində 2 qanadlı raket, bir "Kalibr” tipli raket və 28 PUA məhv edilib.
"Rusiyanın dinc şəhərlərə hücum edərək ukraynalıları terrora davam etdirdiyi” vurğulanaraq, Rusiya ordusunun bu gecə PUA-larla Xarkova hücum etdiyi, hücumda ölən və yaralananların olduğu bildirilib.
Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov da sosial media hesabında paylaşım edərək, Rusiya hərbçilərinin Xarkovda həyata keçirdiyi PUA hücumunda 6 nəfərin həyatını itirdiyini, 11 nəfərin yaralandığını bildirib.
Sinequbov qeyd edib ki, hücum zamanı evlərə, inzibati binaya, bazara, yataqxanaya və avtomobillərə ziyan dəyib.
Mikayıl