Rusiya Liviyada qiyamçı Xəlifə Xaftarın dəstəsində döyüşən rusiyalı muzdlu "Vaqner” qrupunun döyüşçülərini bu ölkədən gətirərək, Ukraynada öz qoşunlarının sıralarına qatıb.
AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin facebook səhifəsində məlumat verilib. Məlumatda deyilir ki, bu məsələ Xəlifə Xaftarın Moskvaya səfəri zamanı müzakirə edilib və razılıq əldə edilib.
"Vaqner” döyüçüləri hissə-hissə təyyarə ilə "Liqa” (keçmiş Vaqner) özəl hərbi birləşmə rəhbərliyinin hesabına həyata keçiriləcək.