AZXEBER.COM xəbər verir ki, o, şəxsi "facebook" səhifəsində Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu, azərbaycanlıların əsrlər boyunca bu ərazilərdə yaşadığını və rəsmi Bakının hərbi potensialının zəbt olunmuş bölgələrini geri qaytarmağa bəs etdiyini vurğulayıb.
Markov bildirib ki, əksəriyyət Azərbaycan-Ermənistan təmas xəttində baş verənləri Ukrayna hadisələri ilə eyniləşdirməyə cəhd edir.
O, bu yanaşmanı yanlış baxış adlandırıb: “Azərbaycan müharibə istəmir, sadəcə, yaranmış vəziyyətdən yararlanaraq ona məxsus torpaqları – Şuşanı və digər rayonları geri qaytarmağa çalışır”.
Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü Sergey Markov bildirib ki, azərbaycanlıların yaşadığı bu ərzilər ermənilər tərəfindən zəbt olunub və 25 ildən çoxdur ki, Ermənistan bu torpaqları boş saxlayırlar və hesab edirlər ki, Dağlıq Qarabağın guya müstəqilliyini tanıdacaqlar.
Amma Azərbaycan öz hərbi üstünlüyünü nümayiş etdirir. Hansı ki, son 15 il ərzində artan iqtisadiyyatı nəticəsində mükəmməl ordu quruculuğu siyasətini həyata keçirib. Müəyyən məqamlarda Ermənistanı dəstəkləyən Rusiya və ABŞ-ın hazırda başı başqa problemlərə, Ukraynadakı hadisələrə qarışıb. Ermənistan isə heç yada düşmür.
Xatırladaq ki, Rusiya prezidentinin iştirakı ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Hakim dairələrə yaxınlığı ilə seçilən Markovun belə bir fikirlərlə çıxış etməsi müəyyən mətləblərdən xəbər verir.
AZXEBER.COM

