Rusiya və ABŞ səfirləri yaxın zamanda vəzifələrinin icrasına başlayacaqlar

DÜNYA
19:11 19.02.2025
227
Rusiya və ABŞ-nin yeni səfirləri yaxın zamanda öz vəzifələrini tam şəkildə icra etməyə başlayacaqlar.

Bu barədə TASS-a Rusiya parlamentindəki mənbə məlumat verib.

"Rusiya və ABŞ səfirləri ən yaxın zamanda öz vəzifələrini tam həcmdə icra etməyə başlayacaqlar. Bu ikitərəfli münasibətlərin normallaşmasının fundamental məsələsidir", - mənbə bildirib.

Rusiyanın ABŞ-dəki əvvəlki səfiri Anatoli Antonov 2024-cü ilin oktyabrında Vaşinqtondakı missiyasını başa vurub.
OXŞAR XƏBƏRLƏR