Rusiya və ABŞ yeni məhbus mübadiləsi imkanlarını müzakirə edib

Rusiya və ABŞ yeni məhbus mübadiləsi imkanlarını müzakirə edib
DÜNYA
18:29 18.11.2025
76
Rusiya və ABŞ yeni məhbus mübadiləsi imkanlarını müzakirə ediblər.

Bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Axios-a bildirib.

Nəşrin adını açıqlamadığı bir Amerika rəsmisi müzakirələrin müsbət olduğunu, lakin hələlik heç bir razılaşma əldə olunmadığını söyləyib.

Vəziyyətlə tanış olan Axios mənbəyinin sözlərinə görə, Rusiya yeni mübadilənin "xoşməramlı münasibət nümayiş etdirəcəyinə və ölkələr arasında etimadı gücləndirəcəyinə" ümid edir.
 
///apa
OXŞAR XƏBƏRLƏR