Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq

Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
DÜNYA
17:53 12.08.2025
202
Bütün dünyanın gözlədiyi Bakı–İrəvan sülh müqaviləsini reallaşdırmaq Rusiya və Avropa İttifaqının gücü çatsada, onlar bunu təmin edə bilmədi. Əvəzində ABŞ sübut etdi ki, qlobal supergüc kimi həm iki düşmən tərəfi eyni masa arxasında barışdırmaq, həm də bu prosesdən öz strateji və iqtisadi maraqları naminə maksimum fayda əldə etmək imkanına malikdir.

Bunu APA-ya açıqlamasında alman politoloq Aleksandr Rar bildirib.

O, vurğulayıb ki, ABŞ sürətlə regionun əsas geosiyasi oyunçusuna çevrilir: "Vaşinqton Cənubi Qafqazda strateji nəzarəti ələ alır və göstərir ki, qlobal geosiyasi güc balansında ABŞ həm Rusiya, həm də Çindən üstün mövqedədir. Bununla belə, bu, Trampın NATO-nu regiona doğru genişləndirəcəyi anlamına gəlmir.”

Alman politoloqun fikrincə, Zəngəzur dəhlizi ilə bağlı prosesdə əsas məqamlardan biri Ermənistanın buna razılıq verməsidir: "Bu dəhliz Ermənistan üçün Qərblə siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi istiqamətində yeni imkanlar açır. Rusiyanın bundan məmnun qalmaması təbiidir, lakin Moskva artıq buna mane ola biləcək real alətlərdən məhrumdur. O, geosiyasi baxımdan Ukrayna müharibəsinə həddindən artıq fokuslanıb. İran isə ABŞ-ın regiondakı təsir dairəsinin genişlənməsinə qarşı çıxsa da, praktikada bu prosesin qarşısını almaq imkanına sahib deyil. Tramp isə bu məsələdə unikal strateji gedişlərlə ustalıqla qurulmuş bir "şahmat partiyası” oynadı.”

Avropa İttifaqının (Aİ) Ermənistan–Azərbaycan sərhədində yerləşdirilən müşahidə missiyasının fəaliyyətinə toxunan politoloq Rar bildirib ki, avropalılar öz mövqelərinin nəzərə alınmasının vacibliyini iddia edəcəklər: "Lakin Tramp onlara geosiyasi reallığı açıq şəkildə göstərir – onların yeri Vaşinqtonun qərarvermə masasında deyil, siyasi nizamın periferiyasında, onun ayaqları altındadır. Vaşinqtonda imzalanmış sülh sazişi Avropa İttifaqını tamamilə hazırlıqsız vəziyyətdə yaxaladı.”
OXŞAR XƏBƏRLƏR