Rusiya və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

Rusiya və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
DÜNYA
23:19 08.11.2021
470
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

AZXEBER.COM Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirlər 9 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin bitməsi ilə bağlı üçtərəfli bəyanatın qəbul edilməsinin ildönümü ərəfəsində fikir mübadiləsini davam etdiriblər.

XİN rəhbərləri Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinin aktual məsələlərinə, regional və beynəlxalq problemlərin müəyyən aspektlərinə də toxunublar.
OXŞAR XƏBƏRLƏR