Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə etdilər

Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə etdilər
SİYASƏT
21:43 08.12.2017
1161
Ermənistan və Rusiya xarici işlər nazirləri - Edvard Nalbandyan və Sergey Lavrov Vyanada ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının plenar iclası çərçivəsində ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə ediblər.
 
AZXEBER.COM RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in Mətbuat xidməti məlumat yayıb.
 
"Görüş zamanı xarici işlər nazirləri Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyəti, iki dövlət başçısının əldə etdiyi razılaşmaların həyata keçirilməsi və ATƏT-in fəaliyyətinin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıblar", - Ermənistan XİN-in saytında bildirilir.
 
Mətbuat xidmətinin məlumatına görə, nazirlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini nəzərdən keçiriblər.
OXŞAR XƏBƏRLƏR