"Avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü bir sıra güc mərkəzlərini hərəkətə gətirib”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq İlyas Hüseynov Nikol Paşinyanın Makron və Putinlə telefon danışığı ilə bağlı açıqlama verərkən deyib.
Politoloq bildirib ki, Rusiya və Fransa liderlərinin telefon danışığı təsadüfi deyil:
"Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri idi. Memorandumun müvafiq maddəsində göstərilir ki, Azərbaycan və Ermənistan tərəfi ATƏT-in Katibliyinə müraciət edərək Minsk qrupunun buraxılmasını tələb edir. Bu, böyük tarixi nailiyyətdir. Bu uğurdan narazı qalan dövlətlərin telefon danışığı da təsadüf sayıla bilməz. Amma istisna etmirəm ki, Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər və ABŞ-ın regiondakı maraqlarının təminatı da əsas müzakirə mövzusu olub”.
İlyas Hüseynov hesab edir ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi prosesi gündəmdədir və bu məsələdə Rusiya ilə Fransanın təsir imkanları böyükdür:
"Hər iki ölkənin Ermənistanda, xüsusilə media sahəsində, kifayət qədər təsir mexanizmi var. Onlar ictimai rəyə təsir göstərərək prosesləri öz maraqları kontekstində şərh edə bilərlər. Hətta belə olacağını da zənn edirəm. Ermənilər rasional davranmalı, ictimai-siyasi manipulyasiyalara uymamalı, regionun gələcəyi, sülh və dövlətlərarası inteqrasiya naminə öz seçimlərini etməlidirlər”.
Oksana Orucova