Rusiya və Çin Uzaq Şərq marşrutu ilə qaz nəqlinə dair razılığa gəliblər

Rusiya və Çin Uzaq Şərq marşrutu ilə qaz nəqlinə dair razılığa gəliblər
DÜNYA
19:07 09.02.2023
201
Rusiya və Çin Uzaq Şərq marşrutu ilə qaz nəqlinə dair hökumətlərarası saziş imzalayıblar.
 
Bu barədə Rusiya Energetika Nazirliyindən bildirilib.

"2023-cü il yanvarın 31-də Rusiya Federasiyası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Uzaq Şərq marşrutu üzrə Rusiya Federasiyasından Çin Xalq Respublikasına təbii qazın nəqli sahəsində əməkdaşlıq haqqında imzalanmış Saziş təsdiq edilsin” - deyə hökumətlərarası sazişin ratifikasiyaya təqdim edilməsi haqqında hökumətin fərmanının layihəsində qeyd olunub.

O da bildirilib ki, saziş layihəsi təsdiqlənmək (ratifikasiya-red) üçün Rusiya Dövlət Dumasına təqdim olunacaq.
OXŞAR XƏBƏRLƏR