Rusiya və İran liderləri Qafqazdakı son prosesləri müzakirə ediblər

Rusiya və İran liderləri Qafqazdakı son prosesləri müzakirə ediblər
SİYASƏT
16:13 16.10.2023
148
İran Prezidenti İbrahim Rəisi ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, liderlər Qafqazdakı son prosesləri müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Yaxın Şərqdəki durum barədə danışıblar

Qeyd edək ki, İ.Rəisi bundan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışmışdı.
OXŞAR XƏBƏRLƏR