Rusiya və İran prezidentləri telefonla danışdı

Rusiya və İran prezidentləri telefonla danışdı
DÜNYA
22:42 24.02.2022
526
Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı olub.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı tərəflər Ukrayna ətrafında vəziyyətin inkişafı, eləcə də İranın nüvə proqramı üzrə razılaşmanın həyata keçirilməsində irəliləyişləri müzakirə ediblər.

Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Yanvarın 19-da Moskvada keçirilən Rusiya-İran sammitinin nəticələrini nəzərə alaraq, tərəflər müxtəlif sahələrdə əməkdaşlığı daha da gücləndirmək niyyətlərini təsdiqləyiblər.
OXŞAR XƏBƏRLƏR