03:00 Cümə, 18 Oktyabr 2019
DÜNYA

Rusiya və Türkiyə arasında mühüm saziş

18:48, 08.10.201910251
Rusiya və Türkiyə arasında mühüm saziş

Rusiya ilə Türkiyə milli valyutalarda hesablaşmalar, ödənişlər, həmçinin, banklararası əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi haqqında saziş imzalayıb.

AZXEBER.COM -un Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Rusiya tərəfindən sazişi Baş  nazirin birinci müavini və Maliyyə naziri Anton Siluanov, Türkiyə tərəfdən isə Xəzinə və Maliyyə naziri Berat Albayrak imzalayıb.

Sənədin əsas məqsədi iki ölkə arasında hesablaşma aparılarkən milli valyutalardan (rubl və lirə) istifadə edilməsi, müvafiq maliyyə bazarı infrastrukturunun yaradılmasıdır.

Saziş həm də Rusiya və Türkiyə biznes subyektləri üçün milli valyutaların cəlbediciliyinin artırılması məqsədinə xidmət edir.

XƏBƏR LENTİ