Rusiya və Ukrayna 1000 əsiri dəyişdi

Rusiya və Ukrayna 1000 əsiri dəyişdi
DÜNYA
21:12 25.05.2025
1227
Ukrayna və Rusiya Federasiyası "1000-in 1000-ə” formatında əsirlərin mübadiləsinin üçüncü mərhələsini həyata keçiriblər. Bu gün 300-dən çox şəxsi geri qaytarmaq mümkün olub.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

"303 ukraynalı hərbçi evə döndü. Türkiyədə razılaşdırılmış "1000-in 1000-ə” formatında mübadilənin üçüncü mərhələsi başa çatdı”, – deyə o bildirib.

Bu dəfə azad olunanlar arasında Ukrayna Silahlı Qüvvələrinin, xüsusilə Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin, Desant-Hücum Qoşunlarının, Ərazi Müdafiə Qüvvələrinin, həmçinin Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin nümayəndələri var.

Hərbi Əsirlərlə iş üzrə Koordinasiya Qərargahı dəqiqləşdirib ki, bu gün azad olunan 303 müdafiəçinin hamısı kişi, əsgər və çavuş heyətinin nümayəndələridir.

Onlar Ukraynanı Donetsk və Luqansk istiqamətlərində, Zaporojye, Xarkov, Xerson, Sumı və Çerniqov vilayətlərində müdafiə ediblər.

Ümumilikdə, 2022-ci ilin mart ayından bu günə qədər Koordinasiya Qərargahı tərəfindən 5757 ukraynalı vətəndaş azad olunub. Daha 536 ukraynalı isə mübadilə xaricində geri qaytarılıb.

Qeyd edək ki, mübadilənin birinci mərhələsi mayın 23-də baş tutub. Ukrayna 270 hərbçi və 120 mülki şəxs olmaqla, ümumilikdə 390 nəfəri geri qaytarıb. Əvvəlki əsirlər arasında müxtəlif qoşun növlərindən olan döyüşçülər olub, onlar Donetsk, Luqansk, Xarkov və digər istiqamətlərdə vuruşublar. Bəziləri 3 ildən artıq müddətdə əsirlikdə olublar.

Mayın 24-də daha 307 ukraynalı hərbçi geri qayıdıb. Onların arasında Desant-Hücum Qoşunlarının, Pilotsuz Uçuş Aparatları Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin, Ərazi Müdafiə Qüvvələrinin döyüşçüləri, sərhədçilər və milli qvardiyaçılar var. Onların ən gənci 25, ən yaşlısı isə 61 yaşındadır. Aralarında yaralılar və xəstələr də var.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər