Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən dünən gecə tərəflər bir-birinə hücum edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu nəticəsində iki bina dağılıb, bir binada yanğın baş verib.
Səlahiyyətlilər hücumda zərər görən binalarda heç kimin olmadığını açıqlayıb.
Digər tərəfdən Ukrayna Moskvanı pilotsuz təyyarələrlə hədəfə alıb. Rusiya Müdafiə Nazirliyi Sevastopoldan 340 kilometr cənub-qərbdə Ukraynaya məxsus "pilotsuz qayıqların" Rusiya patrul gəmilərinə hücum etdiyini açıqlayıb.
Gülay