Xəbər verdiyimiz kimi, Krım körpüsündə partlayış baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, yetkinlik yaşına çatmayan bir uşaq xəsarət alıb.
Rusiya Prezidenti Vladimir Putin iyulun 17-nə keçən gecə Krım körpüsünün partladılmasını mənasız terror aktı adlandırıb:
"Bu, Kiyev rejiminin növbəti terror aktıdır. Krım körpüsü hərbi yüklərin daşınması üçün istifadə edilmədiyi üçün, günahsız dinc insanların ölümü ilə nəticələnən bu vəhşi hücumun da onlar üçün hərbi mənası yoxdur”, - deyə Putin bildirib.
Hücuma cavab verəcəklərini bildirən Putin hazırlıq mərhələsində olduqlarını bildirib:
"Əlbəttə, Rusiyadan cavab olacaq. Müdafiə Nazirliyi müvafiq təkliflər hazırlayır", - Putin bildirib.
Putin Krım körpüsünə hücumun ikinci dəfə həyata keçirildiyini vurğulayıb.
Ayşən