Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

DÜNYA
19:57 30.12.2024
275
Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi olub. Tərəflər 150-nin 150-ə düsturu əsasında əsir mübadiləsi aparıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Dekabrın 30-da danışıqlar prosesi nəticəsində 150 ​​rusiyalı hərbi qulluqçu geri qaytarılıb, onlara lazımi psixoloji və tibbi yardım göstərilib, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir", - nazirlikdən bildirilib.

Həmçinin qeyd edilib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya hərbçilərinin əsirlikdən qayıtması üçün humanitar vasitəçilik səyləri göstərib.
 
///report

OXŞAR XƏBƏRLƏR