Rusiya və Ukrayna tərəflərinin növbəti görüşü bu tarixdə olacaq

Rusiya və Ukrayna tərəflərinin növbəti görüşü bu tarixdə olacaq
DÜNYA
20:37 05.03.2022
506
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu yaxın bir-iki gün ərzində baş tutacaq.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

"Görüş növbəti bir-iki gündə olacaq. Biz digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, - o deyib.

Müşavirin sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibində dəyişiklik nəzərdə tutulmayıb.
OXŞAR XƏBƏRLƏR