Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi

Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
DÜNYA
10:46 01.06.2025
544
Venesuelanın Hərbi Əks-kəşfiyyatının Baş İdarəsi Karakasda Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Roman Frolenkonu həbs edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Infobae” nəşri məlumat yayıb.

Qeyd edilir ki, o, San Bernardino rayonundakı evində mayın 15-də saxlanılıb, mənzildə axtarış aparılıb.

Nəşr həbsin Frolenkonun Karakasda yerli "La Piedrita” silahlı qruplaşması tərəfindən təşkil edilmiş Naməlum əsgər abidəsinin açılışında iştirak etməsi ilə əlaqələndirir.

"Frolenko bir neçə il ərzində Venesuelada qaranlıq bizneslə məşğul olub və özəl sahibkarları hədəf alan fırıldaqçılıqlar edib”, - mənbə "Infobae”yə bildirib.
OXŞAR XƏBƏRLƏR