Rusiya vətəndaşları Qazaxıstana daxil olmaq üçün elektron giriş icazəsi almalı olacaqlar.
Bu barədə müvafiq sənədi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Əcnəbilər üçün QazETA giriş icazəsi sistemi 1 noyabr tarixinə qədər pilot rejimdə işləyəcək. Giriş cəhdi zamanı icazənin sistemdə olmadığı aşkar edilərsə, bu, imtina üçün əsas olacaq.
1 noyabr tarixindən etibarən beynəlxalq reyslərdə olan rusiyalı sərnişinlər də icazə almalıdır.
15 noyabr tarixindən etibarən Avrasiya İqtisadi İttifaqı xaricindəki ölkələrlə sərhədlərdən avtomobillə daxil olanlar; 30 noyabr tarixindən etibarən Avrasiya İqtisadi İttifaqı ölkələri ilə sərhədlərdən avtomobillə daxil olanlar; 15 dekabr tarixindən etibarən isə qatarla və dəniz limanları vasitəsilə gələnlər icazə almalıdır.
İcazə 180 gün müddətində qüvvədə olacaq və Qazaxıstana birdən çox səfərə icazə verəcək.











































