Rusiya Xarkova dronlarla hücum etdi: 3 ölü, 65 yaralı

Rusiya Xarkova dronlarla hücum etdi: 3 ölü, 65 yaralı
DÜNYA
13:11 11.06.2025
282
Rusiya ordusunun Ukraynanın ikinci böyük şəhəri Xarkova 9 dəqiqə ərzində 17 pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində 3 nəfər həyatını itirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 9-u uşaq olmaqla 65 nəfər yaralanıb.
 
Rusiya Ukraynanın Xarkov şəhərinə şiddətli hücumlarını davam etdirir. Rusiya ordusu cəmi 9 dəqiqə ərzində şəhərə 17 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Xarkov vilayətinin qubernatoru Oleh Synehubovun verdiyi məlumata görə, hücum nəticəsində 3 nəfər həyatını itirib, 9-u uşaq olmaqla ümumilikdə 65 nəfər yaralanıb.

Xarkov meri İhor Terechov bildirib ki, hücumlar nəticəsində bir binada yanğın baş verib və şəhərin müxtəlif hissələrində ciddi dağıntılar qeydə alınıb. Onun sözlərinə görə, "Çoxmərtəbəli binalar, fərdi evlər, oyun meydançaları, iş yerləri və ictimai nəqliyyat vasitələri birbaşa hədəf alınıb. Mənzillər yanır, damlar uçur, maşınlar alışır, şüşələr qırılır.”

Hazırda hadisə ilə bağlı xilasetmə işləri davam edir.
 
Oksana

OXŞAR XƏBƏRLƏR