Rusiya Xarkova hücum edib, çoxmərtəbəli yaşayış binasının bir girişi çöküb

Rusiya Xarkova hücum edib, çoxmərtəbəli yaşayış binasının bir girişi çöküb
DÜNYA
02:33 13.10.2026
130
Rusiya ordusu Ukraynanın Xarkov şəhərinin Xolodnoqorsk rayonuna zərbələr endirib.

Bu barədə Xarkov meri İqor Terexov məlumat verib.

Onun sözlərinə görə, şəhərdə bir neçə partlayış baş verib. Zərbələrdən biri yaşayış binasına düşüb və binanın bütöv bir girişi çöküb. Hadisə yerində yanğın başlayıb, dağıntılar altında insanların qala biləcəyi bildirilir. Terexov hücum zamanı "Banderol” tipli raketlərdən istifadə edildiyini qeyd edib.

Bundan başqa, zərbələrdən biri nəticəsində fərdi yaşayış evi də zədələnib. İlkin məlumatlara görə, hücum nəticəsində xəsarət alanlar var.

Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun son açıqlamasına əsasən, hücum nəticəsində azı 6 nəfər yaralanıb. Yaralılar arasında vəziyyəti ağır olan 19 yaşlı gənc də var. O, ciddi yanıq xəsarətləri alıb.

UNIAN-ın məlumatına görə, Rusiya qüvvələri Xolodnoqorsk rayonu ilə yanaşı, şəhərin Şevçenkovski rayonuna da zərbə endiriblər.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR