Rusiya Xəzərdə antiterror təlimləri keçirir

Rusiya Xəzərdə antiterror təlimləri keçirir
SİYASƏT
09:10 04.12.2017
891
Rusiyanın Xəzər hərbi donanmasının şəxsi heyəti antiterror təlimləri keçirib.
 
AZXEBER.COM RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, təlimlər zamanı şəxsi heyət şərti düşmənin qərargaha hücumunun qarşısını alıb.
 
Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib ki, təlimlərin planına əsasən, qeyri-qanuni silahlı qruplaşma nəzarət-buraxılış məntəqəsinə hücum edərək, Xəzər donanmasının qərargahını zəbt etməyə çalışır.
 
Təlimlər zamanı hücumun qarşısı alınıb, şərti düşmən isə məhv edilib. Təlimlərdə 50-dən çox hərbçi iştirak edib. Qeyri-qanuni silahlı qruplaşma qismində isə Xəzər hərbi donanmasının dəniz piyadalarından ibarət dəstə çıxış edib.
OXŞAR XƏBƏRLƏR