Rusiya Xəzərdən Suriyanı vurduğunun görüntüsünü yaydı

Rusiya Xəzərdən Suriyanı vurduğunun görüntüsünü yaydı
DÜNYA
20:36 07.10.2015
1604

Rusiya Müdafiə Nazirliyi Xəzər akvatoriyasından Suriyada terrorçulara məxsus obyektlərə raket zərbələrinin endirildiyini əks etdirən videogörüntüləri yayıb

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi bu gün səhər saatlarında Xəzər dənizindən “Dağıstan” gəmisinin İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirdiyini açıqlayıb.
Suriyadakı terrorçuların mövqeləri qanadlı raketlər vasitəsi ilə vurulub. 1500 kilometr məsafədə yerləşən hədəflər dəqiqliklə vurulub.
OXŞAR XƏBƏRLƏR