Rusiya XİN: “3+3” də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına kömək edəcək

Rusiya XİN: “3+3” də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına kömək edəcək
SİYASƏT
20:50 15.12.2021
314
Hesab edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regiondakı ümumi vəziyyətin sağlamlaşmasına yardım edəcək. Əlbəttə ki, regionda ölkələr və xalqlar arasında sağlam mehriban qonşuluq, etimad mühitinin formalaşmasına kömək edəcək.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Bu nöqteyi-nəzərdən biz Ankara və İrəvan tərəfindən nümayiş olunan ikitərəfli dialoqa başlamaqla bağlı mövqeni alqışlayırıq. Tərəflərin bu məqsədlə xüsusi nümayəndələr təyin etməsi isə bizim fikrimizcə, məntiqli və ağıllı addımdır. Biz öz tərəfimizdən bu prosesə hər cür yardım etməyə hazırıq”, - Rusiya XİN rəsmisi vurğulayıb.

M. Zaxarova dekabrın 10-da Moskvada "3+3” regional əməkdaşlıq formatında keçirilən birinci iclasdan da danışıb: "Bu formatdakı görüşdə Ermənistan və Türkiyənin nümayəndələri də iştirak edirdilər. Fikrimizcə, bu format da Ermənistan və Türkiyə arasında yaxınlaşmaya kömək edir. Bir daha qeyd edim ki, biz Türkiyə və Ermənistan tərəfindən atılan qarşılıqlı etimadın yaranmasına kömək edəcək bütün addımları alqışlayacağıq və yardım edəcəyik”.
OXŞAR XƏBƏRLƏR