Rusiya XİN: “ABŞ-a hərbi-texniki vasitələrlə cavab verməli olacağıq”

Rusiya XİN: “ABŞ-a hərbi-texniki vasitələrlə cavab verməli olacağıq”
DÜNYA
21:19 17.02.2022
419
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın təhlükəsizlik təkliflərinə cavabının tam mətini dərc edib.

AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, sənəddə Rusiyanın Ukraynaya müdaxiləyə hazılaşmadığı bildirilir.

Həmçinin, qeyd olunur ki, ABŞ təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara hazır olmadığı təqdirdə Rusiya hərbi-texniki vasitələr də daxil olmaqla, alternativ yollarla cavab verməyə məcbur olacaq.

"Birləşmiş Ştatlar və onun müttəfiqlərinin təhlükəsizliyimizi təmin etmək üçün möhkəm, hüquqi qüvvəyə malik təminatlar barədə razılığa gəlməyə hazır olmadığı təqdirdə, Rusiya hərbi-texniki xarakterli tədbirlərin həyata keçirilməsi də daxil olmaqla, fərqli yollarla cavab verməyə məcbur olacaq” – deyə sənədin mətnində vurğulanır.
OXŞAR XƏBƏRLƏR