Rusiya XİN: “ABŞ-la dialoqa hazırıq”

Rusiya XİN: “ABŞ-la dialoqa hazırıq”
DÜNYA
19:11 10.03.2023
222
"ABŞ-la dialoqa hazırıq”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, rəsmi Moskva zərurət yarandıqda Vaşinqtonla Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi (START) üzrə təmasları davam etdirəcək: "Lakin indiyədək bu sahədə ciddi nəticələr müşahidə edilməyib. Buna baxmayaraq, Moskva dialoqdan imtina etmir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Moskvanın START-da iştirakını dayandırdırdığını bildirmişdi.
 
///Report
OXŞAR XƏBƏRLƏR