"ABŞ və NATO-nun Rusiya ilə hərbi qarşıdurma xətti nüvə güclərinin birbaşa toqquşmasına zəmin yaradır”.
Bunu Rusiyanın xarici işlər naziri Segey Lavrov Nüvə Silahlarının Yayılmaması ilə bağlı Moskva Konfransının iştirakçılarına videomüraciətində deyib.
Onun sözlərinə görə, ən böyük nüvə arsenalına malik ölkələr arasında təmasların olmaması riskləri artırır.