Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüşüb.
Tərəflər 2022-ci il fevralın 22-də iki dövlət rəhbərləri tərəfindən imzalanmış "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə uyğun olaraq, Moskva ilə Bakı arasında əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə siyasi dialoqun dərinləşdirilməsi və ticari-iqtisadi əməkdaşlığın artırılması məsələləri müzakirə olunub.
Tərəflər həmçinin Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə işin vacibliyini qeyd ediblər.
///report