Rusiya XİN-dən Venesuelada baş verənlərlə bağlı AÇIQLAMA

Rusiya XİN-dən Venesuelada baş verənlərlə bağlı AÇIQLAMA
DÜNYA
14:31 03.01.2026
685
"ABŞ Venesuelaya qarşı silahlı təcavüz aktı törədib”

AZXEBER.COM xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyindən Venesuelada səfərbərliyin elan edilməsi və ABŞ tərəfindən zərbələrin endirilməsi ilə bağlı verilən açıqlamada bildirilib.

Nazirliyin yaydığı açıqlamada baş verənlərin narahatlıq doğurduğu qeyd olunub:

"Bu, dərin narahatlıq doğurur və pislənilir. Biz Venesuela xalqı ilə həmrəyliyimizi ifadə edir, BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması ilə bağlı bəyanatı dəstəkləyirik”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Maduro və həyat yoldaşının saxlanıldığını bildirib.
OXŞAR XƏBƏRLƏR