Rusiya XİN dördtərəfli görüşün tarixini razılaşdırır

Rusiya XİN dördtərəfli görüşün tarixini razılaşdırır
DÜNYA
13:16 21.03.2023
257

Rusiya Suriya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinlərinin dördtərəfli məsləhətləşmələrin cədvəlini razılaşdırır.

Bu barədə Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov açıqlayıb.

"Hələ razılığa gəlməmişik”, - deyə o bildirib.

Boqdanov görüşün ən qısa zamanda baş tutacağına ümid etdiyini deyib.

"Ancaq bizim həmkarlarımızın, suriyalıların, türklərin və iranlıların iş qrafiki var. Hələlik konkret tarix yoxdur, ortaq məxrəcə gəlməyə çalışacağıq”, - o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR