Rusiya XİN: “Kreml üçtərəfli bəyanatın müddəalarının icrasına tərəfdardır”

Rusiya XİN: “Kreml üçtərəfli bəyanatın müddəalarının icrasına tərəfdardır”
DÜNYA
19:58 29.09.2022
254
"Rusiya üçtərəfli bəyanatın bütün müddəalarının icra edilməsinə tərəfdardır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının əhəmiyyətini nəzərə çatdırıb.

"Bu bəyanatlarda çox məsələlər nəzərdə tutulub. Bəyanatlarda həm nəzəri, həm də praktiki tərəflər, eləcə də baş verənlərin təsdiqi və gələcək planlar əksini tapıb", - Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.
 
///report
OXŞAR XƏBƏRLƏR