Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq

Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq
DÜNYA
18:35 22.08.2026
103
Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması Ermənistanın digər ölkələrdən enerji asılılığının artmasına səbəb olacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Metsamor AES hazırda Ermənistanın enerji balansında əsas rol oynayır və ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 30%-ni təmin edir.

"Əlçatan elektrik enerjisinin sabit istehsalı uzun illərdir Ermənistana sənayeni inkişaf etdirməyə və texnoloji tərəqqini təmin etməyə imkan verir”, – Zaxarova qeyd edib.

Rusiya XİN rəsmisi bildirib ki, xüsusilə bir sıra Avropa ölkələrinin bərpa olunan enerji mənbələrinə keçidlə bağlı uğursuz təcrübəsi fonunda dinc nüvə energetikası suverenliyin və enerji təhlükəsizliyinin amillərindən biri olaraq qalır.

"Ölkənin öz atom elektrik stansiyasının bağlanması enerji sahəsində digər dövlətlərdən asılılığın artmasından başqa heç nəyə gətirib çıxarmayacaq”, – Zaxarova vurğulayıb.

///apa.az///
OXŞAR XƏBƏRLƏR