Rusiya XİN: Moskva London və Vaşinqtonu Kiyevə təsir göstərməyə çağırır

Rusiya XİN: Moskva London və Vaşinqtonu Kiyevə təsir göstərməyə çağırır
DÜNYA
19:36 04.06.2025
730
Moskva London və Vaşinqtonu eskalasiyanı dayandırmaq üçün Kiyevə təsir göstərməyə çağırır.

Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, reaksiyanın olmaması onu deməyə əsas verir ki, ən pis ssenaridə Qərb, təxribatların hazırlanmasında iştirakçı ola bilər.

Ryabkov qeyd edib ki, Rusiya Kiyevin dəmir yollarına və aerodromlara hücumundan sonra maksimum təmkin nümayiş etdirib.

Nazir müavini Ukraynanın hücumlarına necə cavab veriləcəyi ilə bağlı qərarın Rusiya Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu söyləyib.
 
///apa
OXŞAR XƏBƏRLƏR