Rusiya XİN Nikol Paşinyanın yalanlarını təkzib etdi

Rusiya XİN Nikol Paşinyanın yalanlarını təkzib etdi
DÜNYA
22:31 16.03.2023
316
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında Rusiyanın bütün öhdəlikləri aydın şəkildə ifadə olunub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu cümə axşamı həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Qarabağ əhalisinin və mülki infrastrukturun təhlükəsizliyində qarant rolunu öz üzərinə götürməsi ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.

"Mənə elə gəlir ki, xəyal qurmağa çalışmaq lazım deyil. Ölkəmizin bütün öhdəlikləri Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında aydın şəkildə ifadə olunub. Sadəcə olaraq, bu sənədi açın və görün ki, bizim ölkəmiz hansı öhdəlikləri daşıyır və Rusiya sülhməramlıları gərginliyin qarşısını almaq, vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər", - o deyib.
OXŞAR XƏBƏRLƏR