Rusiya XİN: Putin-Tramp görüşünün təşkili üçün şərtlər hazırda yerinə yetirilməyib

Rusiya XİN: Putin-Tramp görüşünün təşkili üçün şərtlər hazırda yerinə yetirilməyib
SİYASƏT
13:11 05.11.2025
155
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş diqqətli hazırlıq tələb edir.

AZXEBER.COM APA-nın Moskva bürosuna istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Putin-Tramp görüşünün təşkili üçün şərtlər hazırda təmin olunmayıb.

"İstənilən zirvə görüşü dərin hazırlıq və bütün aspektlərin diqqətlə nəzərdən keçirilməsini tələb edir. Hazırda bu görüşün təşkili üçün nə birinci, nə də ikinci şərt yerinə yetirilməyib", - rusiyalı nazir müavini vurğulayıb.

Ryabkov qeyd edib ki, xarici siyasət qurumları belə bir təmasın əsas aspektləri ilə bağlı fəal şəkildə işləyirlər.
OXŞAR XƏBƏRLƏR