Rusiya XİN Yaponiyaya xəbərdarlıq etdi

DÜNYA
22:40 11.10.2024
438
Rusiya Tokionun oktyabrın sonu - noyabrın əvvəlində ABŞ-lə birgə hərbi təlimlər keçirməyi planlaşdırması ilə bağlı Yaponiya səfirliyinə kəskin etiraz göndərib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Rusiya XİN məlumat yayıb.

Nazirlik vurğulayıb ki, onlar təlimləri, Rusiya sərhədlərinə yaxın yerləşən Hokkaydo ərazilərində (Hokkaydodan Rusiyanın Kunaşira adasına qədər olan məsafə təxminən 20 km-dir) keçirməyi planlaşdırırlar.

XİN Yaponiya səfirliyinə Rusiyanın müdafiə qabiliyyətini gücləndirmək və suverenliyini qorumaq üçün qaçılmaz adekvat tədbirlər barədə xəbərdarlıq edib.
OXŞAR XƏBƏRLƏR