Rusiya Yaponiya səfirliyinə etiraz bildirib

Rusiya Yaponiya səfirliyinə etiraz bildirib
DÜNYA
20:37 31.10.2025
75
Rəsmi Moskva Rusiya sərhədləri yaxınlığında keçirilən "Joint Exercise 2025" təlimləri ilə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə sərt etiraz bildirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Yaponiyanın Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında təxribatçı hərbi fəaliyyəti təhlükəsizlik üçün təhdid yaradır.

Qeyd olunub ki, Rusiya Yaponiya-Amerika təlimləri zamanı "Tifon" orta mənzilli raket sisteminin yerləşdirilməsi ilə bağlı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
 
/APA
OXŞAR XƏBƏRLƏR