Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Kiyevə səfər etdiyi vaxt əvvəlcə siqnallar, sonra isə partlayış səsləri eşidilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığı edilib. Həyəcan siqnalından az sonra Kiyevdə partlayış səsləri eşidilməyə başlayıb. Rusiyanın "Kalibr” raketlərinin Qara dənizdən Kiyevə atıldığı öyrənilib.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzində Ukrayna qüvvələrinin son əks-hücumları barədə məlumat verib.
Malyar Ukrayna ordusunun şərqdə 3 kilometrdən çox irəlilədiyini bəyan edərək, "Ordumuz cənubda möhkəm addımlarla irəliləyir", - deyib.
Rusların güclü müqavimətinə işarə edən Malyar Ukrayna əsgərlərinin minalanmış sahələr, kamikadze pilotsuz uçan aparatlardan istifadə və intensiv atəşlərlə üzləşdiyini bildirib.
Rusiya ordusunun Baxmut istiqamətində ehtiyat qüvvələrini və maşınlarını geri çəkdiyini bildirən Malyar Ukrayna qüvvələrinin rusların planını həyata keçirməsinə imkan vermədiyini qeyd edib.
Mikayıl