Rusiya yeni nüvə silahlarını nümayiş etdirəcək

Rusiya yeni nüvə silahlarını nümayiş etdirəcək
DÜNYA
13:45 14.08.2023
186
 Rusiya yeni silahlarını nümayiş etdirəcək.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu gün Moskva şəhərinin "Patriot ordusu" parkında "ORDU-2023” Beynəlxalq Hərbi Texniki Müdafiə Sərgisi açılır.

Rusiya Strateji Raket Qüvvələrinin (RVSN) komandanı general Sergey Karakayev açıqlamasında bildirilib ki, "Topol PGRK”ın ənənəvi buraxılış batareyasına əlavə olaraq "Yars” və "Avanqard" mobil raket sistemi üçün avtonom buraxılış qurğusu və döyüş missiyasını dəstəkləyən maşın ilk dəfə bu formda nümayiş etdiriləcək.

Rusiyanın Ukrayna böhranı ilə birlikdə Strateji Raket Qüvvələrini modernləşdirdiyinə diqqət çəkən ekspertlər, Müdafiə Sənayesi sərgisində ilk dəfə nümayiş etdiriləcək mobil qitələrarası ballistik nüvə raketlərinin Rusiyanın strateji inkişafında yeni bir mərhələyə keçəcəyini bildirirlər. 

Sərgi avqustun 20-dək davam edəcək.
 
Gülay
OXŞAR XƏBƏRLƏR