Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvanın öz şərtləri ilə sülhü təmin edəcəyini vurğulayıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Dmitri Medvedev Rusiya ordusunun xüsusi hərbi əməliyyatlarda bütün tapşırıqları yerinə yetirmək üçün kifayət qədər gücə malik olduğunu bildirib.
Medvedev bu gün Ukraynada baş verənləri 2008-ci ildə Cənubi Osetiyada baş verən hadisələrlə müqayisə edib.
O vurğulayıb ki, ABŞ və onun təbəələri başqalarının vasitəsi ilə yenidən Rusiyaya qarşı vuruşur:
" NATO sistemi demək olar ki, açıq şəkildə Rusiya ilə müharibə vəziyyətindədir. Xüsusi hərbi əməliyyatlarda bütün tapşırıqları yerinə yetirmək üçün kifayət qədər gücümüz var. Sülh şərtlərini Rusiya özü təmin edəcək. Qələbə bizim olacaq”.
Şəbnəm